Nabranda konsert oldu

Nabranda konsert oldu
2838 dəfə oxunub
  • A-
  • A
  • A+
Reper Qurd iyulun 13-də Nabranda “Atlant” istirahət mərkəzində konsert verib.

Axşam.az-ın məlumatına görə, konsertdə reperlə yanaşı müğənni Roza Zərgərli və Nadir Nəğd Pul da səhnəyə çıxıb.

Roza və Qurd “Min bir gecə” adlı duetlərini təqdim ediblər. Reper həmçinin öz ifası və rəqsləri ilə qonaqlara əyləncəli anlar yaşadıb.

Konsertdə müğənni Rəhim Rəhimlinin iştirakı gözlənilsə də, bəzi səbəblərdən qatıla bilməyib.

Gecənin aparıcısı Tural Ozan, diceyi isə Çina olub.

Konsertin informasiya dəstəyi Axşam.az saytı idi.