Hazal Kaya 5 aya 11 kiloqram arıqlayıb

Hazal Kaya 5 aya 11 kiloqram arıqlayıb
5451 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Hazal Kaya “Kanal D”də yayımlanacaq “A.Ş.K” adlı filmdə rol alacaq.

Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, Hazal serialda tennis müəlliməsi obrazını canlandıracaq.

O, yeni roluna görə, 5 aydır ki, idmanla məşğul olur və ümumilikdə 11 kiloqram artıq çəkidən xilas olub.

“İnternetdə plateslə bağlı nə qədər video varsa, hamısını izlədim. Ebru Şallının plates videolarından çox yararlandım. Həftədə üç dəfə isə tennis oynayırdım” – deyə aktrisa arıqlamağın yollarından danışarkən bildirib.