Müğənni Zamiq Hüseynov sentyabrda verəcəyi konsertinin məşqlərinə başlayıb.
Axşam.az-ın məlumatına görə, ifaçı həmin gün üçün xüsusi hazırlaşır. O, həm repertuarında, həm də imicində dəyişiklik edəcək. Tamaşaçıların qarşısına fərqli çıxmağa hazırlaşan Zamiq geyimlərini də özəl olaraq hazırladıb.
Qeyd edək ki, Zamiqin “Bu şəhəri çox sevirəm” adlı konserti sentyabrın 18-də “Yaşıl Teatr”da baş tutacaq.