Monika Belluççi həyat yoldaşından boşanır

Monika Belluççi həyat yoldaşından boşanır
3217 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivudun daha bir məşhur cütlüyü – Monika Belluççi və fransalı aktyor Vensan Kassel boşanmaq qərarına gəlib.

Axşam.az-ın məlumatına görə, bu haqda məlumatı 48 yaşlı italyalı aktrisanın mətbuat katibi xəbər verib.

Qeyd edək ki, Kassel və Monika 1999-cu ildə ailə qurublar. Onların iki qızı var.

Cütlük 1996-cı ildə “Mənzil” filminin çəkilişləri zamanı tanış olub.