Prodüser Tolik xalq artisti Aygün Kazımovaya üzük hədiyyə edib.
Axşam.az-ın müxbirilə söhbətində Tolik bildirib ki, bu üzüyü uzun müddətdir xaricdən sifariş edib:
“Aygün xanım hər dəfə xarici səfərdən qayıdanda mənə hədiyyə gətirir. Çoxdandır ona dəyərli bir sürpriz etməyi düşünürdüm. Bu üzüyü xaricdən sifariş etmişdim. Nəhayət ki, gəlib çıxdı”.
Xalq artisti isə kəpənək formalı üzüyünün şəklini sosial şəbəkədə paylaşaraq, “Sabahı Tarikoşamın hədiyyəsi ilə açmaq çox gözəl” sözlərini yazıb.