Şahzadənin sadə toyundan fotolar

Şahzadənin sadə toyundan fotolar
2281 dəfə oxunub
  • A-
  • A
  • A+
Monako krallığında tarixin ən qeyri-adi toyu baş tutub.

Axşam.az-ın məlumatına görə, dayısından sonra taxtın ikinci varisi olan Andrea Kaziraqi kolumbiyalı milyarder iş adamının qızı Tatiana Santo Dominqo ilə nikah masasına oturub. Bəylə gəlin bu günə kimi sarayda baş tutan toylardakı cütlüklərdən fərqləniblər. Uzun müddətdir birlikdə yaşayan və 5 aylıq oğulları olan Andrea və Santo sərbəst davranışları ilə diqqət çəkiblər.

29 yaşlı Santo sadə bir gəlinliyə və saç düzümünə üstünlük verib. Şahzadə isə milli geyim yox, adi kostyumla nikaha qatılıb.