Əməkdar artist nazir oğluna təşəkkür etdi

Əməkdar artist nazir oğluna təşəkkür etdi
1599 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Abbas Bağırov qolf oynamağa başlayıb.

Axşam.az-ın məlumatına görə, müğənni sosial şəbəkə vasitəsilə bu idman növünü ölkəmizə gətirən Azərbaycan qolf federassiyasının prezidenti Anar Məmmədova təşəkkür edib:

“Artıq başladım qolf oynamağa. Bu idman növünün belə gözəl olduğunu bilmirdim. İndi bildim və çox hörmətli Anar Məmmədov cənablarına təşəkkürümü bildirirəm ki, bu idman növünü Azərbaycana gətirdi. Hətta artıq məktəbi də var. Peşəkar müəllimləri ilə tam yüksək standartlara uyğun qolf meydançası ilə fəaliyyət göstərən məktəbdən böyük zövq aldım”.   

Qeyd edək ki, Anar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun oğludur.