Qlyukoza Bakıdan ayrıla bilmədi

Qlyukoza Bakıdan ayrıla bilmədi
1841 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün əvvəl şəhərimizə gələn rusiyalı müğənni Qlyukoza bu gün səhər vətəninə qayıtmalı idi.

Axşam.az-ın məlumatına görə, sənətçi sosial şəbəkədə təyyarəyə çata bilmədiyini yazıb:

“Səhərlər bəzən xeyirə açılmır. Bakı bizi buraxmaq istəmir. Təyyarə bizsiz uçdu”.

Qeyd edək ki, rus estradasının cazibədar sənətçisi ötən gün “Sea Breeze"də konsert proqramı ilə çıxış edib.