Azərbaycanda ilk dəfə mistik-dedektiv janrında çoxseriyalı bədii filmə start verilib.
Axşam.az-ın məlumatına görə, “Zatoma” adlanan filmin ideya muəllifi və quruluşçu rejissoru Mahir Canas, ssenari muəllifi Kənan Rəhimov, baş prodüser isə Azər Qəribovdur.
Ekran işinin əsas aktyor heyəti “Janas Creative Group'un yetirmələridir (Samir Abuşov, Nevzat Mahmud-Türkiyə, Hacı Nazimoğlu, Tural Rzayev, Ceyhun Cahid, Leyla Hesenova, Günay Hüseynova). Buna baxmayaraq, yaradıcı heyət ötən gün kastinq keçirərək filmin çəkilişi üçün yeni simalar seçib. Kastinqdə 18-25 yaş arası istedadlı, özünəgüvənən, pozitiv enerjili gənclər iştirak edib. Müsabiqədən uğurla keçənlər çəkiliş meydançalarında peşəkar kino mütəxəssislərinin yanında təcrübə keçəcək. İşinin öhdəsindən layiqincə gələn gənclərə sertifikat veriləcək.
“Janas Creative Group” tərəfindən istehsal olunan serialın çəkilişləri Bakı və Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı Gürcüstan ve Rusiya ərazisində də aparılacaq.
Tərkibində “Janas Creative Group”un rəhbəri, rejissor Mahir Canas, “GTC”nin rəhbəri, psixoloq Kənan Rəhimov, modelyer Gülnarə Xəlilova və “Janas Creative Group”un art-direktoru, teleaparıcı Samirə Rüstəmovanın olduğu münsiflərin seçim turundan fotoları təqdim edirik.
Foto: Rəşad ABBASOV
