Keçmiş prodüseri Günayı qeyri-ciddilikdə ittiham etdi

Keçmiş prodüseri Günayı qeyri-ciddilikdə ittiham etdi
2021 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Tolikin sosial şəbəkədə paylaşdığı foto qalmaqala səbəb olub.

Axşam.az-ın məlumatına görə, şəkildə müğənni Günay İbrahimlinin səhnədə etdiyi rəqs hərəkətinin təkrarçılıq olduğu bildirilib. Belə ki, sənətçi Sevda Yahyayevanın da bir il əvvəl konsertində eyni hərəkətləri nümayiş etdirdiyi ortaya çıxıb.

Tolikin paylaşdığı bu fotonun altından müxtəlif rəylər yazılıb. Onlar arasında ən diqqətçəkən isə Günayın keçmiş prodüseri Təranə Səmədovanın sözləri olub:

“Əslində bu daha çox rəqqasların günahıdır. Bilmirəm eyni rəqqaslardı ya müxtəlif... Əgər həminkilərdisə, iki ayrı müğənni üçün eyni rəqsi qurmamalı idilər. Yox, başqa qrupdusa, onda öz işlərinə daha peşəkar yanaşmalıydılar, yeni rəqs qurmalıydılar.

Ən əsası isə səhnədə liderlik edən müğənnini keçən il mən Sevda Yahyayevanın konsertinə aparmışdım. Bir il elə də böyük vaxt deyil, unudasan ki, Sevda artıq bu rəqslə öz performansını nümayiş etdirib. Bu artıq müğənninin və komandasının öz işinə səhlənkar, qeyri-ciddi və qeyri-peşəkar yanaşmasıdır. Bu isə təcrübəsizlikdən irəli gəlir”.

Tolik isə bunları əlavə edib:

“Bu nə Sevdanın, nə də Günayın günahıdır. Bu bizim rəqqasların adlarını “rəqqas” qoyub, yalandan ortalığa düşməyidir. Bizdə rəqqas deyəndə ancaq üç qrup tapırsan. Hamı da eyni rəqqaslara müraciət edir.

Sevda ilə Günay düşmən deyil. Amma bunu yazırlar, istər-istəməz arada soyuqluq yaranır”.