Reper Hüseyn Dəryanın əsgər paltarında fotosu yayılıb.
Axşam.az-ın məlumatına görə, sənətçi yeni klipinin çəkilişləri üçün hərbçi forması geyinib.
Klip Dəryanın “Can vətən” mahnısına çəkiləcək. Müğənni klipin rejissorluğunu özünün edəcəyini bildirib.
Mahnıya xalq artisti Ramiz Quliyev və əməkdar artist Cabir Abdullayev öz töhfəsini verib.