İki yaşlı “SakNez”in ad günündə nələr oldu?

İki yaşlı “SakNez”in ad günündə nələr oldu?
12088 dəfə oxunub
  • A-
  • A
  • A+
Modelyer Sakit Abbasov – Sako “SakNez” moda evinin yaranmasının iki ili münasibətilə təmtəraqlı ziyafət keçirib.

Axşam.az-ın məlumatına görə, bununla bağlı maraqlı kolleksiya hazırlayan Sako məşhurları da başına toplayaraq onları təqdim edib.

Yeni kolleksiyada rəngarəngliyə üstünlük verən modelyer geyimlərindən danışıb:

“Moda evimin yaranmasından iki il ötür. Bu müddət ərzində böyük işlər gördüm. “SakNez” tanındı və sayılıb-seçilən moda evi oldu. Ad günü ilə bağlı fərqli kolleksiya hazırladım. Burada daha çox rəngarəngliyə üstünlük vermişəm. Bu günə kimi bir çox müğənniylə çalışmışam. İndiyədək heç kim geyimlərimdən narazı qalmayıb. Bütün parçaları Dubaydan gətirdim. Eskizlərdə fərqlilik etdim. İnanıram ki, maraqla qarşılanıb”.

Sako ad günü mərasiminə birlikdə işlədiyi müğənniləri və aparıcıları da dəvət edib.

Əməkdar artist Elza Seyidcahan hər zaman “SakNez” moda evinin geyimlərinə üstünlük verdiyini deyib:

“Bir çox geyimlərim məhz bu moda evindəndir. Onların cəld işləməsini bəyənirəm. Mənim tərzimə uyğun paltarlar tikirlər. “SakNez”in qısa zamanda uğur qazanıb, tanınmasına sevinirəm”.

Aparıcılığını İlahə Nizamiqızının etdiyi gecəyə qatılanlar arasında müğənni Xatun, Günel Ələkbərova, Lamiyə Novruzova, aparıcılar Elnarə Təhməzova, prodüser Təranə Səmədova və başqaları da yer alıb.

Foto: Rəşad ABBASOV