Xalq artisti Nazpəri Dostəliyeva bu yay istirahətini Maldiv adasında və Sinqapurda keçirib.
Axşam.az-ın məlumatına görə, müğənni ailəsi ilə birlikdə getdiyi səfərdə maraqlı fotolar çəkdirib.
Ürəyincə bir gəzinti reallaşdırdığını deyən Nazpəri Dostəliyeva müxbirimizlə söhbətində yeni mövsümə bol enerji topladığını bildirib:
“Bu yay oğlanlarım, gəlinlərim və bircə nəvəm Tamerlanla Maldivdə, Sinqapurda və Malaziyada dincəldim.
Oradan da Almaniyaya getdim. Bütün yorğunluğumu atdım. İstirahətdən qayıdandan sonra isə yaradıcılığımla bağlı maraqlı yeniliklər edəcəm”.