"Qızlar oğlumu qucaqlayıb öpürdülər"

"Qızlar oğlumu qucaqlayıb öpürdülər"
3519 dəfə oxunub
  • A-
  • A
  • A+

Aşıq Zülfiyyə oğlu Babəklə Qazaxıstanda solo-konsert proqramı ilə çıxış edib.

Axşam.az xəbər verir ki,  publika.az-a təəssüratlarını paylaşan ana-bala sənətçilər konsertin anşlaqla keçdiyini söylədilər:

“Mən inanmazdım ki, Qazaxıstanda aşıq musiqisinə bu qədər sevgi varmış. 3 min nəfərlik salonda iynə atsaydın, yerə düşməzdi. Hətta ayaqüstə qalan tamaşaçılar da vardı ki, sona qədər bizi ayaqüstə dinlədilər. Mən sevinirəm ki, oğlumun böyük səhnədə ilk addımları da belə uğurlu oldu. Canlı ifamızı dinləmək arzusunda olanlar yalnız azərbaycanlılar deyildi. Digər millətlərdən olan sazsevərlər də bilet alıb konsertimə gəlmişdilər. Onlar bizimlə bərabər aşıq havalarını oxuyurdular. Konsertdən sonra hər kəs bizə yaxınlaşıb, təəssüratlarını paylaşır və şəkil çəkdirirdi”.

Öyrəndik ki, 3 saatlıq canlı konsertdə solo ifalarıyla bərabər Aşıq Zülfiyyənin oğlu Babəklə duetləri də səsləndirilib:

“Qızlar oğlumu qucaqlayıb, öpür, buraxmaq istəmirdilər. Onu gül-çiçəyə qərq etmişdilər. Qorxdum ki, Qazaxıstanda oğlumu əlimdən alarlar (gülür). Qazaxstanın gənc müğənniləri də konsertə təşrif buyurmuşdular. Onların arasında oğlumla duet oxumaq arzusunda olanlar da tapıldı”.     
 
Babək də konsertdən xeyli məmnun qaldığını dilə gətirdi: “Anamla mənim duetlərimiz Qazaxıstanda çox məşhurdur. Bunu konsertdən sonra mənə yaxınlaşıb təəssüratlarını paylaşan tamaşaçılar dedilər. Onlar bizim ifamızı “Youtube”dan izləyiblər, eyni zamanda albomlarımızı alıblar. Bu mənim böyük səhnədə ilk çıxışım idi. anamla eyni səhnəni paylaşmaqdan qürur duydum”.

Qeyd edək ki, konsert Qazaxıstanda yaşayan biznesmen xanım tərəfindən təşkil olunub. Konsertə biletlər 50 ABŞ dolları civarında olub.