Məleykə Əsədova qızına sürpriz edib (Fotolar)

Məleykə Əsədova qızına sürpriz edib (Fotolar)
5364 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Məleykə Əsədova qızı Gülərin 8 yaşını təmtəraqlı şəkildə qeyd edib.

Axşam.az-ın müxbirilə söhbətində aktrisa qızının yuxusunda gördüyü bir şənliyi reallaşdırdığını deyib:

“Qızım yuxuda görüb ki, evdə maraqlı ad günü keçiririk. Mən də bu dəfə həmin formada mərasim təşkil etdim. Günorta qızımı rəfiqəmgilə apardım. Evə qayıdıb bütün otağı şarlarla bəzətdim, atəşfəşanlıq hazırladım, onun yaxın dostlarını çağırdım. Cizgi film qəhrəmanlarının geyimində adamlar çağırdım.

Gecə saat 12 tamamda onu evə gətirdim. Qəfildən qaranlıq otaqdan hamı çıxdı, işıqlar yandırıldı. Qızım çox sevinmişdi, xeyli əyləndik. Səhəri isə əyləncə mərkəzinə getdik, ordan da alış-verişə. 8 sentyabr onun günü idi. Buna görə də istədiyi hər şeyi etdim”.

Xalq artistinin qızının ad günündən özəl fotoları təqdim edirik.