Türkiyədə bir çox uğurlu layihələrin rəhbəri kimi tanınan Acun Ilıcalının gizli sevgilisi Şeyma Subaşı Mayamiyə yollanıb.
Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl Acundan hamilə olduğunu deyən Şeyma övladını orada dünyaya gətirəcək.
Həmin vaxtadək isə o, Ilıcalının arzusuyla Mayamidə qalacaq. İki il əvvəl aparıcının dəstəyilə özünə “Nini” adlı butik açan Şeyma onu bağlayıb.
Qeyd edək ki, A.Ilıcalının həyat yoldaşı Zeynəb isə yay ərzində dincəldiyi Mayamidən yenicə qayıdıb. Türk mətbuatı Zeynəb geri dönən kimi Şeymanın oraya getdiyini, lüks mənzildə qalacağını yazıb.