Dünən tanınmış təşkilatçı və prodüser Vüqar Bəkirzadənin toyu olub.
Axşam.az-ın məlumatına görə, şəhər restoranlarının birində Cəmalə xanımla dünya evinə girən Vüqarın toy mərasimində bir sıra şou biznes nümayəndələri də iştirak edib. Onların sırasında Elnur, Kərim, Səidə Sultan, Rüfət Axundov, Günay İbrahimli, teleaparıcı Könül Yüsiqızı və digər tanınmış simalar yer alıb.
Teleaparıcı İlahə Nazimqızının aparıcılığı ilə keçirilən toy mərasimində bəylə gəlinin nikah şahidi Səidə Sultan olub.
Şou-biznes əhlinin o ki var rəqs etdiyi Vüqarın toyunda xalq artisti İlhamə Quliyevanın oğlu Orxan da iştirak edib.
Allah Xoşbəxt eləsin.
Foto: Elçin KƏRİMİ