"Ən çox bəyəndiyim Validə Abbasovadır" - Samirə

"Ən çox bəyəndiyim Validə Abbasovadır" -  Samirə
2216 dəfə oxunub
  • A-
  • A
  • A+
“Azərbaycanda model biznesi yenidir, o qədər də inkişaf etməyib. Amma gələcəyi var”. 

Axşam.az xəbər verir ki, bunu bu gün Lent. az-ın qonağı, Belarusiyada keçirilən “Miss Supranational” beynəlxalq gözəllik yarışmasının qaliblərindən olan azərbaycanlı model Samirə Akmanova deyib. O, bildirib ki, model sahəsində iddialıdır və nəticələri buna sübutdur:

“ 14 yaşım olanda düşündüm ki, model olmalıyam. Çünki bu, istəyim idi və iştirak etdiyim müsabiqələrdə qazandığım nəticələr özümə inamımı artırdı. Bu yaxınlarda Belarusiyada keçirilən yarışmada 83 ölkə iştirakçı arasında  25-ci yeri tutdum, bu, mənim üçün yüksək nəticə idi. İnternet səs verməsində 1-ci yerə çıxdım. Bu müsabiqə yüksək səviyyədə təşkil olunmuşdu”.
 
Samirə  sonra yerli modellərdən də söz açıb:
 
“Sözün düzü, azərbaycanlı modellərin çoxunu tanımıram. Amma ən çox bəyəndiklərim Lyubov Qutorova və Validə Abbasovadır.
 
Qeyd edək ki, Lyubov Qutorovanın “Fashion Model School”  şirkətinin modeli olan Samirə hal-hazırda Kazan Dövlət İqtisadiyyat Universitetinin tələbəsidir.