Nikol Kidmanı velosipedlə əzdilər (Foto)

Nikol Kidmanı velosipedlə əzdilər (Foto)
1860 dəfə oxunub
  • A-
  • A
  • A+
Paparatsilər Hollivud ulduzu Nikol Kidmanın inanılmaz fotolarını çəkiblər.

Axşam.az-ın “dni.ru” saytına istinadən verdiyi məlumata görə, Nyu-Yorkda keçirilən moda nümayişindən çıxan aktrisanın başına iş gəlib. Onu çəkməyə tələsən Karl Vu adlı fotoqraf velosipedlə Nikolu əzib. Yerə yıxılan Kidman paparatsilərin fotokamerasından yayına bilməyib. Fotoqraflar təkcə aktrisanı yox, buna səbəb olan Vunun da şəkillərini çəkiblər. Özünü itirən Kidman kameralardan gizlənməyə çalışıb. Otel cangüdənləri aktrisaya yaxınlaşaraq onu ayağa qaldırmağa çalışıblar.

Kidmanın hadisəyə səbəb olan həmin fotoqrafı məhkəməyə vermək istədiyi bildirilir. Bununla yanaşı Karl Vunu daha bir cəza gözləyir. Çünki Nyu-Yorkda səkidə velosipedlə gəzmək qadağandır.