Azərbaycanın bir qrup sənətçisi 9 oktyabr Prezident seçkiləri ilə bağlı Sankt-Peterburqda təşkil olunan konsertdə iştirak ediblər.
Axşam.az-ın məlumatına görə, bu haqda danışan müğənni Elnur tədbirin Azərbaycanın Sankt-Peterburqdakı disaporu tərəfindən təşkil olunduğunu vurğulayıb:
“Oradakı diasporun rəhbəri Vaqif Məmişov möhtəşəm konsert təşkil etmişdi. Tədbirə 25-30 min tamaşaçı gəldi. Heç bir bilet satışı da yox idi. Vaqif müəllim vətənpərvər insandır, hər il Rusiyada yaşayan azərbaycanlılar üçün konsert təşkil edir, səhnəmizin ən sayılıb-seçilən məşhurlarını oraya dəvət edir”.
İşdən imkan tapan sənətçilər Sankt-Peterburqu gəzməyə çıxıblar.
Müğənni Elnur, Samirə Allahverdiyeva, Fərid Məmmədov, Çingiz Mustafayev, İbrahim Borçalı, meyxanaçı İntiqam və Ehtiram qardaşları gəzinti zamanı çəkdirdikləri fotoları sosial şəbəkədə paylaşıblar.