Leyla Əliyevanın rəsmləri əsasında hazırlanan geyimlərin nümayişi oldu

Leyla Əliyevanın rəsmləri əsasında hazırlanan geyimlərin nümayişi oldu
4670 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün “28 Cinema”da “Nargis” jurnalının təşkilatçılığı ilə ilin ən böyük moda gecəsi və qapalı film nümayişi keçirilib.

Axşam.az-ın məlumatına görə, gecədə qonaqlar üçün moda və “Berqdorf Qudman: Bir əsrdən çox dəb olimpinin zirvəsi” filmi nümayiş olunub.

Bundan başqa gecədə müğənni Diana Hacıyeva moda aləmindən bəhs edən mahnılar ifa edib.

Daha sonra qonaqlar üçün furşet təşkil olunub. Qonaqlar arasında ölkənin bir çox məşhur simaları, mədəniyyət və incəsənət xadimləri, iri şirkətlərin rəhbərləri yer alıb.
 
Moda gecəsində “Vorosha” brendinin və “Jan” atelyesinin geyimləri nümayiş olunub. Kolleksiyanın əsas prinsiplərinin süjeti Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Yarat” müasir incəsənət məkanı tərəfindən təşkil olunan “Fly to Baku” sərgi və ekspozisiyalarında təqdim olunan rəsmlər əsasında yaradılıb.

Foto: Rəşad Abbasov