Sentyabrın sonunda Bakıya gələcək türkiyəli müğənni Özcan Dəniz özünə yeni sevgili tapıb. Axşam.az-ın məlumatına görə, 41 yaşlı sənətçinin 20 yaşlı aktrisa və model Buse Narcıya aşiq olduğu ortaya çıxıb.
Dostlarının vasitəsilə tanış olan Buse və Özcan 5 aydır birlikdədirlər.
Dəniz “Barbi” dediyi sevgilisini ailəsi ilə də tanış edib. Busenin Özcanın gəlini ilə çəkdirdiyi və sosial aləmdə yaydığı şəkil münasibətlərinin ciddi olduğunu sübut edib.