Ötən gün xalq artisti Brilliant Dadaşovanın ad günü idi.
Axşam.az-ın məlumatına görə, müğənninin “Facebook” dostları təmtəraqlı şəkildə təbrik ediblər.
Təəssüratlarını sosial şəbəkədə bölüşən xalq artisti sevənlərinə belə təşəkkür edib:
“Allah mənim üçün bu “Facebook” səhifəsini açanlardan razı olsun. Bura məni sizinlə yaxınlaşdırdı. Anam, atam, nənəm, əmilərim yanımda olmasalar da musiqimi sevən insanlar özümü dərk etdiyim gündən hər zaman yanımdadır. Onlar mənə yetimçiliyi unutdura bilib... Bu hələlik əlimə keçən şəkillərdir”.