“Victoria secret”in mələyi Kıvança heyran oldu

“Victoria secret”in mələyi Kıvança heyran oldu
2233 dəfə oxunub
  • A-
  • A
  • A+

“Viktoria secret”in “pişik” ləqəbli modeli Barbara Palvin türkiyəli aktyor Kıvanç Tatlıtuğun ünvanına təriflər yağdırıb.

Axşam.az-ın məlumatına görə, Kıvança heyran olduğunu gizlətməyən Palvin “həm yaraşıqlıdır, həm də əladır” deyib:

“Kıvanç sadəcə yaxşı aktyor deyil, o həm də gözəl insandır. Səhnədə olduğun insanın sənə dəstək və dəyər verməsi önəmlidir. Kıvançda mənim üçün belə bir tərəf müqabilidir. Bir-birimizi yaxşı başa düşdük və çəkilişlərdən zövq aldıq.
Peşəkarlığı və özünəgüvəni uğuruna kömək olur.

Yaraşıqlı olmaq çox da önəmli deyil. Kıvanç ağıllı, mədəni və şəndir. Onda hər bir xüsusiyyət var”.