“Özünə bax 2”nin ilk efirindən özəl fotolar

“Özünə bax 2”nin ilk efirindən özəl  fotolar
5470 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün ATV telekanalında yayımlanan “Özünə bax 2” verilişinin ilk efiri baş tutub.

Axşam.az-ın məlumatına görə, layihə rəhbəri Ruhi Əliyevanın tamaşaçılar üçün hazırladığı sürpriz qonaq türkiyəli modelyer Hakan Akkaya olub.

Maraqlı anların yaşandığı verilişdə xalq artisti Brilliant Dadaşova, müğənni Ramal İsrafilov da qonaq münsif kimi iştirak edib.
 
İştirakçılar arasında seçim edən münsiflər heyəti gənclərə bir çox iradlar da tutub.

Canlı yayımda studiyada hazırlanan dərzi otağında iştirakçıların geyimlərinə, saç ustası tərəfindən isə makiyaja düzəlişlər edilib.

Qeyd edək ki, “Özünə bax 2” bu gündən ATV telekanalında həftə içi hər gün saat 15:30-dan 17:00-a kimi canlı yayımlanacaq.

Xatırladaq ki, layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır.

Birinci yerin sahibinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət veriləcək.

"Özünə bax 2"nin informasiya dəstəyi Axşam.az saytıdır.

Foto: Rəşad ABBASOV