Ötən gün ATV telekanalında ilk yayımına start verən “Özünə bax 2” zövq yarışmasında müğənni Ramalın xalq artisti Brilliant Dadaşova ilə barışması haqda xəbər vermişdik.
Hər iki sənətçinin bir araya gəldiyi həmin anı Axşam.az-ın fotoqrafı görüntüləyə bilib.
Qeyd edək ki, barışıq üçün ilk addım Ramaldan gəlib. Cütlüyün arasındakı küsülülüyə səbəb isə məşhur “Aləm gözəl” mahnısı olmuşdu. Ramalın Brilliant Dadaşovaya yazdığı bəstəni sonradan əməkdar artist Abbas Bağırova verməsi xalq artistini özündən çıxarmışdı.