ATV telekanalında yayımlanan “Özünə bax 2” zövq yarışmasının ikinci günündə maraqlı anlar yaşanıb.
Axşam.az-ın məlumatına görə, müğənni Zamiqin qonaq münsif olduğu budəfəki efir sərt çıxışlarla yadda qalıb.
Türkiyəli modelyer Hakan Akkaya qızların geyimlərinə irad tutaraq, onlara məsləhətlərini verib. O, Çinarə adlı pərəstişkarına isə öz qolbağısını hədiyyə edib.
Seçim turlarına qatılan üç iştirakçı münsiflərdən mənfi rəy alıb.
Maraqlı məqamlarla yadda qalan verilişdən özəl fotoları təqdim edirik.
Qeyd edək ki, həftəiçi hər gün saat 15:30-dan 17:00-a kimi canlı yayımlanan “Özünə bax 2“nin informasiya dəstəyi Axşam.az saytıdır.