Müğənni ATV-nin canlı yayımında bu qıza vuruldu

Müğənni ATV-nin canlı yayımında bu qıza vuruldu
6315 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Zamiq Hüseynov ATV telekanalında yayımlanan “Özünə bax 2” zövq yarışmasına qonaq münsif qismində qatılıb.

Axşam.az-ın məlumatına görə, sənətçi iştirakçılar arasından Çinarə adlı bir xanıma vurulub.
Qızı çox bəyəndiyini gizlətməyən Zamiq canlı yayımda onun ünvanına təriflər yağdırıb:

“Çox gözəl qızdır. Saçları təbiidir. Bu qıza vuruldum. Mən səmimiliyi, təbiiliyi çox sevirəm. Bu xanımın saçlarında heç rəng də yoxdur”.

Layihə rəhbəri Ruhinin “Deyəsən, səni elə bu verilişdə evləndirəcəyik. Ötən efirimizdə də bir xanımdan xoşun gəlirdi” sözlərinə isə Zamiq “Qismət” deyərək cavab verib.

Qeyd edək ki, "Özünə bax 2" yarışması həftəiçi hər gün saat 15:30-dan 17:00-dək ATV-də canlı yayımlanır.

Foto: Rəşad ABBASOV