Ötən gün Moskvada hər il baş tutan “GQ İlin adamı” mükafatlandırma mərasimi keçirilib.
Axşam.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Mayakovski adına Teatr”da baş tutan gecənin aparıcıları İvan Urqant və Yana Çurikova olub.
Tədbirdə “GQ” dərgisi tərəfindən işadamları, sənətçilər arasından “Ilin adamı - 2013” seçilib.
Qonaqlar mərasimə “GQ” loqosu ilə bəzədilmiş ağ BMW markalı avtomobillə gəlib. Danila Kozlovski “İlin aktyoru və adamı”, “Splin” qrupu “İlin musiqiçisi”, Ben Aflek «International Man of the Year», Aleksandr Vinokul “İlin biznesmeni”, Anton Şpulin “İlin idmançısı” və başqaları müxtəlif nominatsiyalarla təltif edilib.
Gecəyə qatılan məşhur simalar arasında azərbaycanlı biznesmen Araz Ağalarov və müğənni Emin də olub.