Ruhi məşhur stilistdən narazı qaldı

Ruhi məşhur stilistdən narazı qaldı
4325 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV telekanalında yayımlanan “Özünə bax 2” zövq yarışmasının üçüncü günü də maraqlı hadisələr baş verib.

Axşam.az-ın məlumatına görə, müsabiqəyə qatılan beş iştirakçıdan yalnız biri finala vəsiqə qazanıb.

Proqrama qonaq qismində qoşulan müğənni Sevda Yahyayeva da yarışmacı kimi münsiflərin qarşısına çıxıb.

Layihənin rəhbəri Ruhi Əliyeva Sevdanın stilist Anar Ağakişiyev tərəfindən edilən saç düzümünü bəyənməyib:

“Sənin siman çox gözəldir. Buna görə də gərək saçlarını yığardın. Onda üzün daha gözəl görünərdi”.

Qeyd edək ki, həftəiçi hər gün saat 15:30-dan 17:00-a kimi canlı yayımlanan “Özünə bax 2“nin informasiya dəstəyi Axşam.az saytıdır.