Müğənni Sevda Yahyayeva konsertqabağı imicində dəyişiklik edib. Ötən gün Axşam.az-ın fotokamerasına tuş gələn sənətçi yenidən uzanmış və qara rəngə boyanmış saçları ilə diqqət çəkib.
Yeni imicini çox bəyənən Sevda tünd saç düzümünü çox bəyənib:
“İlk dəfə deyil ki, saçlarımı tünd rəngə boyayıram. Çox bəyənirəm bu rəngi. Amma hələ qərar verməmişəm konsertdə rəngi dəyişəcəm, ya yox”.
Qeyd edək ki, Sevda Yahyayevanın "Unut" adlı konserti Axşam.az-ın informasiya dəstəyi ilə 21 sentyabrda saat 21:00-da “Yaşıl Teatr”da keçiriləcək.