Rəqqasə Fatimə Fətəliyeva və rəqqas İlham Kərimli repertuarına yeni “Xəyal” adlı rəqs daxil edib.
Bu haqda Axşam.az saytına sənətçi məlumat verib.
O, bildirib ki, xeyli müddətdir bu rəqsi hazırlasalar da, işlərini bir müddət sonra təqdim etməyi düşünürlər:
“Dostum rəqqas İlhamla bir neçə müddətdir ki, “Xəyal” rəqsi hazırlayırıq. Çox maraqlı bir çıxışdır. İnanıram ki, tamaşaçılar tərəfindən də seviləcək.
Bundan əlavə hind, türk və qaraçı rəqsləri üzərində də çalışırıq. Bu mövsümdə yaradıcılıq işlərimdə edəcəyim işlər yetəri qədərdir. Bir çox layihələr üzərində də danışıqlar gedir. Azərbaycanın bölgələrinə turneyə çıxmaq niyyətindəyik. Lakin, texniki məsələləri həll olunsa, konsertimiz baş tutacaq və o zaman vaxt dəqiq bilinəcək”.
Rəqqasə Fatimə daha sonra skripkaçı əməkdar artist Səlim Abbasovla olan işbirliyindən söz açıb:
“Lalələr” xalq mahnısını skripkaçı Səlim fərqli ifa edəndən sonra, düşündüm ki, bu kompozisiyaya yeni bir rəqs, çox gözəl olardı. Səlimlə artıq danışdıqdan sonra, qərara gəldim ki, hazırlayım. Bu tam yeni tərzdə olan rəqsdir”.