Müğənni bu geyiminə 475 manat xərcləyib

Müğənni bu geyiminə 475 manat xərcləyib
3204 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Samira Allahverdiyeva tədbirlərin birində fotokameramıza tuş gəlib.

Sənətçi Axşam.az-ın müxbiri ilə söhbətində geyim tərzindən danışıb.

Hər zaman qapalı libaslara üstünlük verən Samira alış-verişi sevmədiyini deyib:

“Başqaları kimi lovğalanmayacam ki, geyimlərimi bahalı brend mağazalardan, xaricdən alıram. Adi bir yerdən də xoşuma gələn libası ala bilərəm. Geyimlərimin əksəriyyətini yaxın rəfiqəm Gülnarə Xəlilovanın moda evindən alıram.

Bir də mənim üçün libasın qapalı olması önəmlidir. Açıq-saçıqlığı sevmirəm. Qarderobumda cinslər üstünlük təşkil edir. Geyimə pul xərcləməyi xoşlamıram. Mənim üçün səyahət etmək hər şeydən önəmlidir. Ona xərclədiyim pullara heyfim gəlmir.

Zinət əşyalarını xoşlamıram. Aksessuarlardan isə nadir hallarda istifadə edirəm.

Saçlarım hər zaman formada olmalıdır. Makiyajdan çox saçımım səliqəsinə fikir verirəm”.

Samira bu geyiminə 475 manat xərcləyib:




Saç düzümü – 15 AZN

Libas – “Naira” moda evi 300 AZN

Ayaqqabı – “Mango” 160 AZN