“Zamiq Avropa standartlarına uyğun gəncdir”

“Zamiq Avropa standartlarına uyğun gəncdir”
1671 dəfə oxunub
  • A-
  • A
  • A+

“Zamiq bu gün Azərbaycan səhnəsində Avropa standartlarına uyğun olan bir ifaçıdır. Bu sənətdə iri addımlarla irəliləyir...”.

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti İlhamə Quliyeva müğənni Zamiq Hüseynov haqqında deyib.

Zamiqin “Yaşıl Teatr”da baş tutan konsertini dinləməyə gələn  İ.Quliyeva ifaçının tək sənətinə yox, özünə də təriflər yağdırıb:

“Zamiq sənətində çox məsuliyyətlidir. Onun Teymur Əmrah kimi istedadlı pedaqoqu var. Onu bu cür düzgün yola o yönəldib. Teymir Əmraha böyük sayqım, hörmətim var.

Zamiq isə tək sənətində yox, insanla münasibətində də hər zaman fərqlənib. Böyük-kiçik yeri bilən bir gəncdir”.

Fotoqraf: Rəşad Abbasov