Almaniyanın “RGE Robert Gulpen” mühəndislik şirkətinin hazırlayacağı “Lamborghini Avendator LP 700-4 Coupe” avtomobilinin maketi belə görənləri təəccübləndirib. Axşam.az-ın “Hürriyət”ə istinadən verdiyi məlumata görə, yeni avtomobil 22 əyyarlı qızıldan düzəldiləcək. Platin və almaz daşlarla bəzəniləcək, dünyanın ən bahalı avtomobili 7,8 milyon dollara satışa çıxarılacaq.
Şirkət rəhbəri maşını almaq istəyən milyaderlərin indidən sifarişlər verdiyini bildirib.
Yeni “Lamborghini” “Dünyanın ən bahalı və dəyərli” avtomobili kimi “Ginnesin rekordlar kitabı”na düşəcək.
Qızıl maşın texniki özəllikləri ilə də seçiləcək.
Dubayda avtomobil şousunda göstərilən maşın daha sonra Abu Dabidə və başqa yerlərdə nümayişə çıxacaq.