Nikah masasına oturacaq əməkdar artist Naina İbrahimovanın sosial şəbəkədə yeni fotoları yayılıb.
Axşam.az-ın “1news.az” saytına istinadən verdiyi məlumata görə, burada aktrisa qədim yunan əfsanəsi qəhrəmanı Meduza Horqona obrazına girib.
Mayk Ceksonla bağlı layihəsi ilə böyük səs-küy doğuran Naina yenə də hər kəsi təəccübləndirməyi bacarıb. Əməkdar artistin yeni obrazı üzərində stilist Sərxan və vizajist Xanım çalışıb.
Qeyd edək ki, Naina İbrahimova oktyabrda nikah masasına oturacaq. Bu yaxınlarda tədbirlərin birinə sevgilisi ilə qatılan aktrisa artıq nişan mərasiminin olduğunu deyib.