Şou-biznesin tanınmış simaları arasında “xal-xal” paltar dəbi meydana çıxıb.
Axşam.az-ın xəbərinə görə, ötən gün əməkdar artist Elza Seyidcahanın “Uğura doğru” konsertində fotokameramıza tuş gələn sənətçilər bənzər geyim stilləri ilə diqqət çəkiblər.
Əməkdar artist Firuzə İbadova, müğənni Roza Zərgərli və Nazənin “xal-xal” libasları ilə bir-biri ilə yarışa girib.
Müğənnilər Elza Seyidcahanın istəyi ilə bu cür geyindiklərini bildiriblər.
Əməkdar artist onu dinləməyə gələn qonaqlardan “xal-xal” libas geyinmələrini istəyib.