Müğənni Elçin Cəfərov “Həvəs adlı mahnısının klip çəkilişlərinə başlayıb.
Axşam.az-ın məlumatına görə, sözləri Elvinə, musiqisi Elçin Cəfərov və Tərlan Məmmədhüseynova aid olan mahnının ekran işini rejissor Rza Əsgərov çəkib.
Klipdə sevgidən bəhs edən ssenarini aktyorlar canlandıracaq.
Müğənni yeni klipini yaxın günlərdə sevənlərinin ixtiyarına verəcəyini bildirib.