Xalq artisti Niyaməddin Musayev ötən gün tədbirlərin birində fotokameramıza tuş gəlib.
Axşam.az-ın məlumatına görə, uzun müddətdir ki, efirlərdən qaçan müğənni əməkdar artist Elza Seyidcahanın dəvətini yerə salmayıb. “Uğura doğru” konsertini izləməyə gələn N.Musayev qonaqlar üçün mahnılar da səsləndirib.
Qeyd edək ki, Türkan adlı gənc xanımla fotoları yayıldıqdan sonra xalq artisti mediadan uzaqlaşmışdı. O, haqqında çıxan şayiələrə görə, sənətdən küsdüyünü bildirmişdi.