Ötən gün Türkiyənin Eskişehrində “Türkvision” müsabiqəsinin açılış mərasimi baş tutub.
Axşam.az-ın məlumatına görə, ölkəmizə “Eurovision 2011” müsabiqəsində birincilik qazandıran Nigar Camal və Eldar Qasımov yarışmanın azərbaycanlı simaları seçilib. Builki “Eurovision” iştirakçımız Fərid Məmmədov isə gecəyə fəxri qonaq qismində qatılıb. Türkdilli ölkələrdən ifaçıların iştirak etdiyi müsabiqəni izləməyə gedənlər arasında bəstəkar İsa Məlikov, Valeri İlisayev də olub.
Qeyd edək ki, ATV telekanalı bu ildən müsabiqənin rəsmi yayım hüququna malik olub.