Sevdanın konsertində nələr olacaq?

Sevdanın konsertində nələr olacaq?
2200 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevda Yahyayevanın “Unut” adlı solo konserti bu gün saat 21:00-da “Yaşıl Teatr”da baş tutacaq.

Axşam.az-ın məlumatına görə, sənətçinin konsert üçün məşqlərində ona əməkdar artist Teymur Əmrah dəstək olub.

Maraqlı gecə vəd edən Sevda fərqli rəqslər də hazırlayıb. Gecənin təşkilatçısı prodüser Tolikdir.

“Unut” adlı konsertin informasiya dəstəyi Axşam.az saytına, eksklüziv yayım hüququ isə “Lider” telekanalına məxsusdur. Sevda Yahyayevanın konsertində yalnız üç mahnıya qədər foto və video görüntüləmək və işıqlandırmaq icazəsi veriləcək.

Konserti bütöv görüntüləmək ekskluziv yayım hüququ yalnız Axşam.az saytına və “Lider” telekanalına məxsusdur.
Qeyd edək ki, konsertin rejissoru Aynurə Səmədova, musiqi rəhbəri isə Hakan Eroldur. Gecənin aparıcılığını Afaq Gəncəli və Zaur Nəbioğlu edəcək.