Bengü və Mustafa Ceceli Bakıya gəldi

Bengü və Mustafa Ceceli Bakıya gəldi
3055 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənnilər bu gün tədbirdə çıxış edəcəklər

Türkiyənin populyar estrada müğənniləri Bengü və Mustafa Ceceli bu gün Bakıya gəliblər.

Axşam.az-ın "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, bu gün Bakıda Azərbaycan Kikboksinq Federasiyası və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan  “Beynəlxalq Kikboksinq” turniri baş tutacaq.

Azərbaycan Milli Məclisinin deputatı və Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin təşkilatçılığı ilə keçiriləcək tədbirə Türkiyənin məşhur sənətçi və idmançıları dəvət edilib.

Tədbirə Naim Süleymanoğlu, Yılmaz Vural, Əhməd Taşçı, Mehmet Şehov, Güvenç Kurtar, Ahmet Selçuk İlkan Tarık Mengüç və Bengü ilə Mustafa Ceceli də dəvətlilər arasındadırlar.