Mehriban Əliyeva və qızı sərgidə

Mehriban Əliyeva və qızı sərgidə
4048 dəfə oxunub
  • A-
  • A
  • A+

“Kiçik QalArt” sərgi salonunda rəssam Aida Mahmudovanın “Daxili sakitlik” adlı fərdi sərgisi açılıb.

Axşam.az-ın məlumatına görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib.

Tanınmış ictimai-siyasi xadimlərin, incəsənət təmsilçilərinin iştirak etdikləri mərasimdə Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov rəssam Aida Mahmudovanın yaradıcılıq axtarışlarını yüksək qiymətləndirib.

Fərhad Xəlilov Mehriban Əliyevanın yaradıcı gənclərə, o cümlədən rəssamlara göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.

Sərgi oktyabrın 21-dək davam edəcək.

Mənbə: mehriban-aliyeva.org