Rəqqas Çaplin oldu (Foto)

Rəqqas Çaplin oldu  (Foto)
866 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqas İlham Kərimli məşhur kino ustası Çarli Çaplinin obrazını canlandırıb.

Axşam.az-ın məlumatına görə, rəqqas onun obrazını əks etdirən yeni rəqs nömrəsi ilə tamaşaçıların qarşısına çıxacaq. İ. Kərimli rəqsə xoreoqraf Fərhad Vəliyevin quruluş verdiyini bildirib:

“Fərhad müəllim bir rəqqas kimi məni fərqli janrlarda da görmək istəyirdi. Çarli Çaplin də öz möhürünü vurmuş insandır. Fərhad müəllim hər zaman bu rəqsin məndə alınacağını əmin olub. Özümə də bu obraz hər zaman maraqlı idi. Rəqs estrada  janrına daha yaxındır və  içərisində step hərəkətlərdən də istifadə edilib. Fərhad müəllim rəqqas kimi üslubumu, janrımı dəyişməyi təklif edirdi və bildiridi ki,  estrada janrında rəqsləri də bacararam”.