“Hamı elə düşünürdü ki, Sevda ilə danışmırıq, küsülüyük. Yalan söhbətdir. Düzdür, lap yaxın rəfiqə deyilik, amma münasibətimiz yaxşıdır. Maqazin verilişlərində yayımlanan o süjet montaj olunmuşdu”.
Axşam.az-ın məlumatına görə, bu sözləri Sevda Yahyayevanın “Yaşıl Teatr”da keçirilən “Unut” adlı konsertini izləməyə gələn müğənni Ayan Babakişiyeva deyib. O, konsertlə bağlı fikirlərini müxbirimizlə bölüşüb:
“Azərbaycan müğənnilərinin konsertinə getmirəm. Bundan əvvəl Nadir Qafarzadənin tədbirinə qatıldım. İndi də Sevdanın konsertinə dəvət aldım və gəldim. Sevdanın çıxışını bəyəndim, maraqlı konsertdir. Amma onu səhnədə daha hərəkətli görmək istəyərdim. Gəncdir, gərək daha maraqlı rəqslər göstərəydi, dinamik, performansı qeyri-adi oalrdı”.
“Konsertlərə baxıb, sən də həvəsə gəlmirsən ki?” sualına isə Ayan belə cavab verib:
“Konsert vermək mənim üçün önəmli deyil. Çünki daha böyük, maraqlı və fərqli layihələrim var. Mən yaradıcılığa başqa yöndən yanaşıram”.
Zəhra ƏHMƏDOVA
Foto: Rəşad Abbasov