Müğənni Xatirə İslam yerli təşkilatçılar haqda fikirlərini bildirib.
Sənətçi Axşam.az-ın müxbiri ilə söhbətində Azərbaycanda cəmi bir təşkilatçı - Nahid Emiloğlunu bəyəndiyini deyib.
O, öz konsertini də yalnız N.Emiloğluna həvalə edə biləcək.
“Mənim üçün Azərbaycanda bir təşkilatçı var, o da Nahid Emiloğludur. Heç bir təşkilatçı məndən inciməsin. Nahidlə biz çoxdanın dostlarıyıq. Onu hələ bu işlə məşğul olmamışdan tanıyıram, bir yerdə böyümüşük. Konsertimi heç tərəddüd etmədən ona həvalə edə biləcəm”.
Yeniliklərindən söz açan Xatirə duetlər hazırlayır. Sənətçi Gövhər Həsənzadədən yeni bəstə aldığını da bildirib.
Arıqlamağı ilə diqqət çəkən Xatirə pəhrizindən danışıb:
“İdmana getmirəm, xüsusi pəhriz saxlamıram. Sadəcə, gün ərzində çörəkdən və yağlı yeməkdən istifadə etmirəm. Arıqladıcı dərmanlardan çox qorxuram, ona görə də təbii yolla artıq çəkidən xilas olmağa çalışıram”.
Foto: Rəşad Abbasov