Təranə və Musa cütlüyünün qızının ad günü oldu

Təranə və Musa cütlüyünün qızının ad günü oldu
3481 dəfə oxunub
  • A-
  • A
  • A+
Şou-biznesin məşhur cütlüyü Təranə Qumral və Musa Musayev sevgilərinin bəhrəsi olan Sevgimin ad gününü qeyd ediblər.
 
Publika.Az-ın məlumatına görə, sənətçilər bu il 1-ci sinfə qədəm qoyan qızlarının 6 yaşını paytaxt restoranlarının birində qeyd edib. Yaxın qohumların iştirak etdiyi doğum günü mərasmində xalq artisti Niyaməddin Musayevin qızı Röya, kürəkəni Rəmzi və nəvəsi Ayxan da iştirak ediblər.
 
Ata-anası ilə fəxr etdiyini deyən Sevgim elə ən böyük hədiyyəsini də atası Musa Musayevdən alıb. 1 metr 30 santimetrlik Barbi kuklasını bağrına basan Sevgim doğum günündə şeirlər söyləyib, mahnılar oxuyub. İstedadı ilə heç də ata-anasından geridə qalmayan səbəbkar böyüyəndə valideynlərinə layiq qız olacağına da söz verib.