Səidə dekolteli geyimindən danışdı: "Əl çəkin məndən"

Səidə dekolteli geyimindən danışdı:  "Əl çəkin məndən"
3427 dəfə oxunub
  • A-
  • A
  • A+

Səidə Sultan onun haqqında danışılanlara cavab verdi.

Axşam.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, ANS telekanalında yayımlanan "İncə maraqlar" verlişində qonaq qismində iştirak edən gənc ifaçı Səidə geyimi haqqında danışılanda əsəbləşdiyini bildirdi.

"Lap canlı yayımda olsam belə hirsimdən partlayıram, istiyirəm qışqırım ki, nə istəyirsiz məndən? Əl çəkin də", - deyə Səidə Sultan bildirib.

Müğənni daha sonra vurğulayıb ki, artıq çəkisi olmadığından açıq-saçıq geyimlər ona yaraşır. Belə formada libasları əynində daşımağı bacarır.

"Heç küçədə gəzən adi qızlarımız belə geyinəndə bu qədər qınamırlar. Məndən nə istəyirlər bilmirəm. İstəyirəm ki, hər kəs məni olduğum kimi qəbul etsin, belə sevsinlər", - deyə müğənni sözlərinə yekun vurub.