Ötən gündən şəhərimizin qonağı olan türkiyəli müğənni Musatafa Ceceli gəzintiyə çıxıb.
Axşam.az-ın məlumatına görə, müğənni Röya və bəstəkar Cəlal Qurbanov da gəzinti zamanı Cecelini tək qoymayıb.
Bayraq meydanını gəzən tanınmışlar fotolarını sosial şəbəkədə paylaşıblar.
Qeyd edək ki, bu gün 106.3 FM-də yayımlanan “Müleyli” şousuna canlı telefon bağlantısı ilə qoşulan türkiyəli ifaçı oktyabrın 11-də Bakıda verəcəyi konsertindən danışıb. O, gələn ay səfəri zamanı mütləq həmin verilişin qonağı olacağına söz verib.
Muctafa Cecelinin konserti Heydər Əliyev Sarayında baş tutacaq.
Qeyd edək ki, M.Ceceli Bakıda Azərbaycan Kikboksinq Federasiyası və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Beynəlxalq Kikboksinq” turniri çərçivəsində keçirilən konsertdə çıxış etmək üçün şəhərimizə gəlib.