ATV-də yayımlanan “Onlar” verilişinin cazibədar aparıcısı Afaq Gəncəli Sevda Yahyayevanın “Yaşıl Teatr”da baş tutan konsertində Axşam.az-ın fotokamerasına maraqlı pozlar verib.
Hər zaman baxımlılığı ilə seçilən aparıcı formada qalmaq üçün özəl pəhriz saxlamadığını deyib.
İdmanla məşğul olan Afaq yeməyi çox sevdiyini etiraf edib:
“Pəhriz saxlamıram, bütün günü istədiyim qədər yeyirəm. Formada qalmağıma isə idman və bütün günü hərəkətdə olmaq kömək edir”.